“Barselona” 8 futbolçusu ilə vidalaşır

“Barselona”nın idman direktoru Mateu Alemani cari yay transfer pəncərəsində 8 futbolçusu ilə yollarını ayırmağı öhdəsinə götürüb.

Arena.az bu barədə jurnalist-insayder Xavi Migelə istinadən xəbər verir.

Söhbət müdafiəçilər Kleman Lanqle, Serjinyo Dest, Erik Qarsiya, yarımmüdafiəçilər Frank Kessye, Pablo Torre, Niko Qonsales, həmçinin hücumçular Ferran Torres və Aleks Kolyadodan gedir.

Pablo Torrenin təcrübə qazanmaq üçün icarəyə yola salınacağı deyilir.

Kataloniyalılar Erik Qarsiyanı saxlamağa hələlik razıdırlar, amma münasib təklif alacaqları halda, müdafiəçini satmağa hazırdırlar.

“Barselona” klubun maliyyə vəziyyətini münasibləşdirmək üçün qalan futbolçularla tamhüquqlu əsasda ayrılmağa hazırdır. İlk növbədə, yüksək məvacib alan Lanqle və Dest kataloniyalıların əsas satış hədəfləridir.

Xatırladaq ki, hazırda “Barselona” ağır maliyyə böhranı keçirir. Klub prezidenti başda olmaqla, rəhbərlik “Barselona”nı düşdüyü vəziyyətdən çıxarmağa çalışır.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: