Alvaro Morata üçün illik 50 milyon avro? – Ərəblərdən çılğın təklif

Bir çox klubların maraq dairəsində olan Madrid “Atletiko”sunun ispan hücumçusu Alvaro Morata Səudiyyə Ərəbistanından cəlbedici təklif alıb.

Arena.az bu barədə “Mundo Deportivo”ya istinadən xəbər verir.

Mənbənin məlumatına görə “Əl-Hilal” 30 yaşlı Morataya illik 50 milyon avro məbləğində müqavilə təklif edib. Ərəb klubu ispan hücumçunu belə böyük təkliflə şirnikləndirmək niyyətindədir. Amma Avropadan gələn variantlar Moratanın özü üçün daha üstün olaraq qalır. Hazırda Morata A Seriyasının 3 klubunun diqqət mərkəzindədir: “Yuventus”, “Milan” və “Roma” hücumçunu sıralarında görmək istəyirlər. Bu yöndə ən böyük cəhdləri Morataya illik 5 milyon avro məvaciblə 4 illik müqavilə təklif edən “Milan” göstərir.

Geridə qalmış 2022/2023 mövsümündə Morata “Atletiko”nun heyətində 45 oyuna çıxıb, 15 qol vurub, 3 məhsuldar ötürmə verib.

“Transfermarkt” internet-portalı Alvaro Moratanı 20 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: