“Çelsi”nin sabiq baş məşqçisi Frenk Lempard klub sahiblərinin “zadəganlar”ın gələcək taleyinə və uğurlarına münasibətindən danışıb.
Arena.az “The Diary of a CEO” “YouTube” kanalına istinadən Lempardın bu xüsusda fikirlərini diqqətinizə çatdırır:
“Çelsi”nin rəhbərliyində axmaqlar, yoxsa dahilər oturur? Yalnız bir şeyi deyə bilərəm: Todd Bouli və şirkət klubun uğurlarından çox narahatdır və londonluların həm İngiltərə, həm də Avropa futbolunda zirvədə olmasını istəyirlər. Mənim “mavi”lərin rəhbərliyi ilə hələ də yaxşı münasibətim var”, – deyə Lempard müsahibəsində bildirib.
Xatırladaq ki, “Çelsi”nin yeni sahibləri 2022-ci ilin mayından “zadəganlar”a rəhbərlik edirlər. Bu müddətdə klub bir tam mövsüm keçirib və bu mövsüm komandanın bərbad nəticələri ilə əlamətdar olub. Premyer Liqada 12-ci yeri tutmuş “zadəganlar”, eyni zamanda bütün kubok yarışlarında mübarizəni olduqca erkən başa vurublar.


