Azərbaycanın futzal üzrə FİFA referisi Knyaz Əmiraslanov UEFA Çempionlar Liqasının ilkin mərhələsinin oyunlarına təyinat alıb.
Arena.az xəbər verir ki, o, ilkin mərhələsinin H qrupunda keçiriləcək oyunlarda iş başında olacaq.
Bu qrupda Albaniyanın “Tirana Futsal”, Bosniya və Herseqovinanın “Radnkik Biyeljina”, Uelsin “Cefn Druids” və Şimali İrlandiyanın “Sparta Belfast” komandaları mübarizə aparacaqlar. Qrupun oyunları avqustun 23-dən 26-na qədər Albaniyada təşkil olunacaq.
Knyaz Əmiraslanov avqustun 23-də keçiriləcək “Radnkik Biyeljina” – “Sparta Belfast” matçında ikinci, “Cefn Druids” – “Tirana Futsal” oyununda üçüncü hakim olacaq. Azərbaycanlı referi bir gün sonra keçiriləcək “Tirana Futsal” – “Sparta Belfast” oyununda isə birinci hakim kimi fəaliyyət göstərəcək.


