İspaniya Ali Məhkəməsi “Barselona”nın sabiq fizioterapevtinin tacizə görə 4 il müddətinə azadlıqdan məhrum edilməsi cəzasını qüvvədə saxlayıb.
Arena.az bu barədə “Marca”ya istinadən məlumat verir.
Mənbənin məlumatına görə, hadisə 2016-cı ildə baş verib. “Barselona”nın qadın əməkdaşı baş və boyun nahiyəsində ağrılardan şikayətçi olaraq, fizioterapevtin xidmətinə müraciət edib. Bildirilir ki, seans zamanı fizioterapevt qadının intim yerlərini masaj etməyə başlayıb.
Vurğulanır ki, hadisədən sonra Kataloniya klubunun qadın əməkdaşı təlaş sindromu keçirib və iki aylıq məzuniyyətə çıxıb. Prosesdə müdafiə tərəfi müalicə üçün fizioterapevtin hərəkətlərinin zəruri olduğunu bildirsə də, hakim bu versiyanı rədd edib.
Beləliklə, İspaniya Ali Məhkəməsi Kataloniya məhkəməsinin çıxardığı təqsirləndirmə hökmünü qüvvədə saxlayıb. Fizioterapevtə 4 il müddətində həbs cəzası kəsilib.
Məhkumun 30 il “Barselona”da çalışdığı bildirilir.


