Bu gün keçirilən bir oyunla futbol üzrə Avropa Liqasında 2023/2024 mövsümünə start verilib.
Arena.az xəbər verir ki, yeni mövsümün və 3-cü təsnifat mərhələsinin açılış görüşü Qazaxıstanda baş tutub.
Burada yerli “Astana” Bolqarıstan təmsilçisi “Ludoqorets”lə üz-üzə gəlib. Üç qolun qeydə alındığı bu komandaların ilk görüşü meydan sahiblərinin qələbəsiylə yekunlaşıb.
Qalan oyunlar avqustun 10-da keçiriləcək. Həmin gün Azərbaycan çempionu “Qarabağ” da Avroliqanın yeni mövsümündə ilk matçına çıxacaq. Ağdam klubu doğma meydanda Finlandiyanın HJK komandası ilə üz-üzə gələcək.
Avropa Liqasında 3-cü təsnifat mərhələsinin cavab görüşləri isə 17 avqustda baş tutacaq.
Avropa Liqası
3-cü təsnifat mərhələsi
8 avqust
“Astana” (Qazaxıstan) – “Ludoqorets” (Bolqarıstan) 2:1
10 avqust
20:00. “Qarabağ” (Azərbaycan) – HJK (Finlandiya)
20:00. “Jalgiris” (Litva) – “Haken” (İsveç)
21:00. “Şerif” (Moldova) – BATE (Belarus)
21:00. “Slaviya” (Praqa, Çexiya) – “Dnepr-1” (Ukrayna)
23:00. “Olimpiakos” (Yunanıstan) – “Genk” (Belçika)
23:00. “Zrinski” (Bosniya və Herseqovina) – “Breydablik” (İslandiya)


