Azərbaycan Premyer Liqasında 2-ci turun hakimləri bilindi

Futbol üzrə Azərbaycan Premyer Liqasında 2023/2024 mövsümünün 2-ci turunun oyunları üçün hakim təyinatları açıqlanıb.

Arena.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının rəsmi saytı məlumat yayıb.

Turun açılış matçında üz-üzə gələcək “Araz-Naxçıvan”la “Qəbələ”nin görüşünü Fərid Hacıyev idarə edəcək.

İlk oyun gününün digər qarşılaşmasında üz-üzə gələcək “Zirə” ilə “Kəpəz”i isə Kamal Umudlu meydana çıxaracaq.

Bazar günü baş tutacaq “Qarabağ” – “Turan Tovuz” matçına Rauf Allahverdiyev, “Sumqayıt” – “Sabah” oyununa isə Rəşad Əhmədov təyinat alıb.

Turun qapanış matçında – “Neftçi” ilə “Səbail”in oyununda da Rauf Cabbarov söz sahibi olacaq.

Azərbaycan Premyer Liqası
2-ci tur
12 avqust

“Araz-Naxçıvan” – “Qəbələ”
Hakimlər: Fərid Hacıyev, Akif Əmirəli, Vüsal Məmmədov, Əli Əliyev
VAR: Kamranbəy Rəhimov.
AVAR: Cavid Cəlilov.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: Yavər Rəhimov.
Bakı. “Dalğa Arena”, 18:30.

“Zirə” – “Kəpəz”
Hakimlər: Kamal Umudlu, Rəhman İmami, Asiman Əzizli, Vüqar Həsənli.
VAR: Əliyar Ağayev.
AVAR: Zeynal Zeynalov.
Hakim-inspektor: İmanxan Sultani.
AFFA nümayəndəsi: Elman Musayev.
Zirə İdman Kompleksinin stadionu, 21:00.

13 avqust

“Qarabağ” – “Turan Tovuz”
Hakimlər: Rauf Allahverdiyev, Rahil Ramazanov, Teymur Teymurov, İslam Məmmədov.
Hakim-inspektor: Zöhrab Qədiyev.
AFFA nümayəndəsi: İlham Əliyev.
Bakı. “Azərsun Arena”, 18:30.

“Sumqayıt” – “Sabah”
Hakimlər: Rəşad Əhmədov, Cəmil Quliyev, Eyyub İbrahimov, Rövşən Rəcəbov.
Hakim-inspektor: Rəhim Həsənov.
AFFA nümayəndəsi: Eldəniz Musayev.
“Sumqayıt Arena”, 21:00.

14 avqust

“Neftçi” – “Səbail”
Hakimlər: Rauf Cabarov, Cavanşir Yusifov, Zöhrab Abbasov, Səbuhi Bayramov.
Hakim-inspektor: Orxan Məmmədov.
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.
Bakı. “Neftçi Arena”, 20:00.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: