Pepe Kastro Yassin Bononun “Real”a keçidi haqda: “Təklif yoxdur”

“Sevilya”nın prezidenti Pepe Kastro mərakeşli qapıçı Yassin Bononun “Real”a keçə biləcəyi ilə bağlı yayılmış xəbərlərə münasibət bildirib.

Arena.az bu barədə jurnalist Fabrisio Romanoya istinadən məlumat verir.

“Hazırda Bono barəsəində “Real”la heç bir danışıq aparılmır. Ona dair heç bir təklifimiz yoxdur, heç bir klubdan marağa dair heç nə eşitməmişik”, deyə Pepe Kastro bildirib.

Yassin Bono 2020-ci ildən “Sevilya”da çıxış edir.

Geridə qalmış 2022/2023 mövsümündə Bono “Sevilya”nın heyətində 36 oyuna çıxıb, 60 qol “yeyib”, 7 oyundan “quru” çıxıb.

Mərakeşli qapıçının “Sevilya” ilə müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Bono 2013-cü ildə debüt etdiyi Mərəkeş yığmasının heyətində 54 oyun keçirib, 28 qol buraxıb, 33 oyunda qapısının toxunulmazlığını təmin edib. Mundialın yekunlarına görə, Bono DÇ-2022-nin ən yaxşı qapıçılarının üçlüyündə yer alıb.

“Transfermarkt” internet-portalı 32 yaşlı Yassin Bononu 12 milyon avro məbləğində qiymətləndirir.

Daha əvvəl Fransa nəhəngi PSJ-nin də Bononun Parisə transferində maraqlı olduğu haqda məlumat yayılmışdı.

Xəbəri sosial şəbəkələrdə paylaş: