“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola Premyer Liqanın 1-ci turunda “Börnli” ilə matçın fasiləsi zamanı baş verənləri şərh edib.
Arena.az “Sky Sports” portalına istinadən məlumat verir ki, o, komandanın norveçli hücumçusu Erlinq Halandla yüksək səslə mübahisəsinə belə aydınlıq gətirib:
“Biz Halandla daha düzxətli oynamalı idik və ikinci hissədə müvafiq futbol nümayiş etdirdik. O, həmişə ötürmə istəyir, topu ona, topu ona. O deyirdi ki: “Mənə arxadan, təkbətək verin və mən bunu edərəm”. Amma hissənin sonuna iki-üç dəqiqə qalanda… Kovaçiç və Rodri buna görə topu itirdilər. Onda Bernardo ona daha bir ötürmə verməməkdə haqlı idi. Amma bu, problem deyil. O, iki qol vurdu və çox xoşbəxtdir”, deyə Qvardiola bildirib.

Xatırladaq ki, oyunun fasiləsində Xosep Qvardiola açıq şəkildə hücumçuya yaxınlaşaraq narazılığını ifadə etməyə başlayıb. İspan mütəxəssis hətta Erlinq Halandla söhbətini çəkən operatorun kamerasını əli ilə kənarlaşdırıb.
İngiltərə Premyer Liqasının 1-ci turu çərçivəsində baş tutan “Börnli” – “Mançester Siti” oyunu qonaqların 3:0 hesablı qələbəsiylə yekunlaşıb. Erlinq Halandın dubla imza atdığı matçda “şəhərlilər”in digər qolunu Rodri vurub.


