Peşəkar Futbol Liqası (PFL) bu ildən etibarən keçiriləcək futbol üzrə Azərbaycan Birinci və İkinci Liqalarının loqolarını təqdim edib.
Arena.az xəbər verir ki, liqaların sıralamasına uyğun olaraq ana xətdə rum rəqəmləri ilə 1-ci və 2-ci sıra sayları ifadə edilib.
Burada həm də sıra saylarının çempionatları göstərən Liqa sözünün baş hərfinin (L) tamamlanmasında iştirak etdiyini görmək mümkündür.
1-ci və 2-ci sıra sayları və L hərfi arasındakı məsafə komandaların yüksəlişə (yüksək liqaya) doğru yoluna işarədir. Yolun konturları isə həm də qələbə üçün üz-üzə gələn iki tərəfi – klubları ehtiva edir.
Futbolçunun silueti oyunların əvəzolunmaz hissəsinin nümayişi ilə yanaşı, topa başla zərbə vuran futbolçu “İ” hərfinin obrazlı şəkildə təsviridir.
Xatırladaq ki, 2023/2024 mövsümündə Birinci Liqada adlarını təqdim etdiyimiz bu 10 komandanın iştirakı nəzərdə tutulub:
- “Şamaxı”
- “Qaradağ Lökbatan”
- MOİK
- “Mingəçevir”
- “Zaqatala”
- “İrəvan”
- “İmişli”
- “Difai Ağsu”
- “Araz Saatlı”
- “Karvan”
İkinci Liqada da bu 12 komanda mübarizə aparacaq:
- “Füzuli”
- “Göygöl”
- “Ağdaş”
- “Sportinq Baku”
- “Qusar”
- “Marxal Şəki”
- “Şəfa Baku”
- “Cəbrayıl”
- “Lerik”
- “Kürmük Qax”
- “Şəmkir”
- “Kür-Araz”





