U-17: Millimizin Monteneqro ilə matçları bu hakimlərə tapşırıldı

17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin (U-17) Monteneqro yığması ilə yoxlama oyunlarının hakim təyinatları açıqlanıb.

Arena.az xəbər verir ki, millimiz avqustun 9-dan etibarən Bakıda təlim-məşq toplanışındadır.

Azərbaycan yığması hazırlıq çərçivəsində Monteneqronun müvafiq yaş qrupundan ibarət komandası ilə iki yoxlama oyunu keçirəcək.

Avqustun 15-də və 18-də təşkil olunacaq bu oyunlar “Dalğa Arena”da baş tutacaq. Hər iki matç saat 18:30-da başlayacaq. Oyunların baş hakimləri İslam Məmmədov və Şamil İmanzadə olacaqlar.

Xatrladaq ki, U-17 yığmamızın baş məşqçisi Füzuli Məmmədov yoldaşlıq oyunları üçün 24 futbolçuya dəvət göndərib.

Millimizin heyətini bir daha diqqətinizə çatdırırıq:

  1. Ayxan Abbaszadə – Turan Tovuz
  2. Həbib Hüşənov – Qəbələ
  3. Ayxan Əlizadə – Sabah
  4. Məsud Əlişanlı – EFA
  5. Əhməd Tarverdiyev – Sabah
  6. Məhəmməd İmamaliyev – Neftçi
  7. Vüsal Paşayev – Sumqayıt
  8. Nadir Orucov – Sumqayıt
  9. Rəşad Alışov – Sabah
  10. Tuncay Əhmədov – Sabah
  11. Əkbər Məhərrəmov – Sabah
  12. Ömər Kərimov – Qəbələ
  13. Əmir Əliyev – Sabah
  14. Babamirzə Mehdiyev – Sabah
  15. Anar Hüseynov – Sabah
  16. Ziya Şəkərxanov – Qəbələ
  17. Emin Feyzullayev – Sabah
  18. Şükür Cəfərli – Sumqayıt
  19. Əli Qurbanov – Sumqayıt
  20. Həsən Nəzərli – Ankaragücü (Türkiyə)
  21. Hikmət Cəbrayılzadə – Qarabağ
  22. Amid Qasımov – Qarabağ
  23. Həbib Qədimov – Qarabağ
  24. Ümid Səlimov – Sabah

Azərbaycan – Monteneqro
Hakimlər: İslam Məmmədov, Asif Abdullayev, Orxan İbişov, Mahmud Bağırzadə.
15 avqust. Dalğa Arena. Saat 18:30.

Azərbaycan – Monteneqro
Hakimlər: Şamil İmanzadə, Sevda Nuriyeva, Gülnurə Əkbərzadə, Murad Səlimov.
18 avqust. Dalğa Arena. Saat 18:30.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: