“Mançester Yunayted” Premyer Liqada rekord müəyyənləşdirdi

“Mançester Yunayted” 21-ci dəfə İngiltərə Premyer Liqasının açılış turunda qalib gəlməklə turnirin rekordunu müəyyənləşdirib.

Arena.az bu barədə jurnalist Deyv Stetmenə istinadən məlumat verir.

Müvafiq göstəriciyə “qırmızı şeytanlar”dan savayı heç bir komanda buna nail ola bilməyib.

Xatırladaq ki, İngiltərə Premyer Liqasının 1-ci turu çərçivəsində “Mançester Yunayted” səfərdə “Vulverhempton”a 1:0 hesabı ilə qalib gəlib. Oyunda yeganə qolu 76-cı dəqiqədə “qırmızı şeytanlar”ın fransalı müdafiəçisi Rafael Varan vurub.

Avqustun 19-da Mançester təmsilçisi 2-ci tur çərçivəsində “Tottenhem”lə qarşılaşacaq.

Geridə qalmış 2022/2023 mövsümündə Erik ten Haqın çalışdırdığı “Mançester Yunayted” Premyer Liqanı 75 xalla 3-cü yerdə başa vuraraq, bürünc medalı qazanıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: