Bu yay xeyli futbolçusunu satan “Çelsi” komandanın ingilis sol cinah mündafiəçisi Lyuis Holl ilə də yollarını ayırmaq qərarına gəlib.
Arena.az bu barədə “The Telegraph”a istinadən məlumat verir.
Mənbənin məlumatına görə, London nəhəngi 18 yaşlı gənc müdafiəçisini artıq satışa çıxarıb. “Mavilər”in rəhbərliyi Hollun satışı müqabilində ən azı 35 milyon avro qazanmaq niyyətindədir.
Holl son vaxtlara qədər icarə əsasında “Kristal Pelas”a keçməyə yaxın idi. Ancaq anlaşma son anda uğursuzluğa düçar olub.
Holl “Çelsi”nin yetirməsidir və 11 ildir – 2012-ci ildən klubun strukturundadır.
Geridə qalmış 2022/2023 mövsümündə gənc müdafiəçi “zadəganlar”ın heyətində 11 oyuna çıxıb, amma məhsuldar fəaliyyəti ilə fərqlənməyib.
Hollun klubla müqaviləsi 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədədir.
“Transfermarkt” internet-portalı Lyuis Hollu 10 milyon avro məbləğində qiymətləndirir.



