Luis Enrike PSJ-dəki ilk ayı ərzindəki işindən danışdı

Fransa çempionu PSJ-nin ispan baş məşqçisi Luis Enrike bu vəzifədə ilk ayının necə keçdiyi barədə təəssüratlarını danışıb.

Arena.az “PSG Report”a istinadən məlumat verir ki, təcrübəli mütəxəssis futbolçuların onun tələblərinə uyğunlaşması və bir-biri ilə oynamaq üçün vaxta ehtiyacı olduğunu vurğulayıb:

“PSJ-dəki ilk ayda işim necə keçdi? Deməliyəm ki, bu, müsbət axarda baş verir. Oyunçuların bir-birini daha yaxşı tanıması üçün vaxt lazımdır. Həmçinin komandanın bir məşqçi kimi onlardan nə istədiyimi anlaması üçün də vaxt gərəkdir, onlar birlikdə işləməyi öyrənməlidirlər. Əksəriyyətim klubun xeyrinə işləyirik və oyunçulara kömək edirik”, deyə Luis Enrike bildirib.

Xatırladaq ki, PSJ, Luis Enrikenin rəhbərliyi altında Liqa 1-də iki oyun keçirib və hər iki oyundan sülhlə ayrılıb – “Loryan”la 0:0, “Tuluza” ilə 1:1.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: