Avropa Liqasında pley-offa start verildi: “Ayaks”dan darmadağın

Bu gün futbol üzrə Avropa Liqasında 2023/2024 mövsümünün pley-off mərhələsinin ilk oyunlarına start verilib.

Arena.az xəbər verir ki, qitənin nüfuzuna görə ikinci dərəcəli turnirində növbəti mərhələyə vəsiqə uğrunda 20 komanda mübarizə aparır.

Onlardan biri də Azərbaycan çempionu “Qarabağ”dır. Qurban Qurbanovun yetirmələri pley-offda Sloveniya “Olimpiya”sı ilə mübarizə aparır. Lyublyana təmsilçisi ilə ilk oyun səfərdə baş tutub. Təmsilçimiz səfər matçından inamlı qələbə ilə ayrılıb. Cavab görüşündə Avroliqanın qrupuna vəsiqəni təmin etməkü çün “Qarabağ”a heç-heçə də bəs edəcək.

Azərbaycanlı futbolçu Mahir Emrelinin komandası – Zaqreb “Dinamo”su da bu gün Avroliqada ilk matçına çıxıb. ÇL-də mübarizəni dayandıran Xorvatiya çempionu Praqa “Sparta”sını qəbul edib. Dörd qolun qeydə alındığı oyun xorvatların inamlı qələbəsiylə başa çatıb. Mahir də bu görüşün iştirakçısı olub. Amma o, 65-ci dəqiqədə meydana buraxılsa da, məhsuldar fəaliyyəti ilə diqqət mərkəzinə düşməyib.

Qeyd edək ki, Avropa Liqasında pley-off mərhələsinin cavab oyunları avqustun 31-də baş tutacaq.

Avropa Liqası
Pley-off mərhələsi
17 avqust

“Haken” (İsveç) – “Aberdin” (Şotlandiya) 2:2

“Slaviya” (Praqa, Çexiya) – “Zarya” (Ukrayna) 2:0

“Dinamo” (Zaqreb, Xorvatiya) – “Sparta” (Praqa, Çexiya) 3:1

“Ludoqorets” (Bolqarıstan) – “Ayaks” (Niderland) 1:4

“Olimpiya” (Sloveniya) – “Qarabağ” (Azərbaycan) 0:2

“Yunion” (Belçika) – “Luqano” (İsveçrə) 2:0

“Slovan” (Slovakiya) – “Aris” (Limasol, Kipr) 2:1

“Klaksvik” (Farer adaları) – “Şerif” (Moldova) 1:1

LASK (Avstriya) – “Zrinski” (Bosniya və Herseqovina) 2:1

“Olimpiakos” (Yunanıstan) – “Çukariçki” (Serbiya) 3:1

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: