Klopp: “Keçirdiyim min oyunda heç vaxt beləsi olmayıb”

“Liverpul”un baş məşqçisi Yurgen Klopp komandasının “Nyukasl”la oyunda qazandığı əzmkar səfər qələbəsindən danışıb.

Arena.az xəbər verir ki, “qırmızılar” avqustun 27-də İngiltərə Premyer Liqasının 3-cü turu çərçivəsində “Sent-Ceyms Park”da “Nyukasl”ın qonağı olub.

“Liverpul” oyunun gedişində hesabda geridə olmasına və azlıqda qalmasına rəğmən, oyunun son 9 dəqiqəsi ərzində dönüş yaradaraq hesabı bərabərləşdirib, əsas vaxta əlavə edilmiş təzminat dəqiqələrində isə qələbə qolunu vuraraq oyundan 2:1 hesablı əzmkar qələbə ilə ayrılıb.

“Bir məşqçi kimi keçirdiyim min oyunda heç vaxt beləsi olmayıb. Belə bir rəqibə qarşı belə bir ab-havada 10 nəfər qaldığımızı nəzərə alsaq, mən lap yəqin, əminəm ki, bu heç vaxt olmayıb. Bu anlar nadir və xüsusidir.

Fasilə zamanı dedim ki, bu, bizim nəvələrimizə danışa biləcəyimiz oyun ola bilər. Mən özümünküləri 10 gündən sonra görəndə, onlara danışacağam. Bizə iki şey aydın idi: biz daha qol buraxa bilmərik və Trent daha bir sarı vərəqəni ala bilməz. Belə etsək, bizim şansımız olacaq”, deyə Yurgen Klopp xatırlayır.

“Nyukasl”la səfər oyununda əzmkar qələbə qazanmış “Liverpul” 3 turdan sonra 7 xalla Premyer Liqada 4-cü yerdə qərarlaşıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: