Erlinq Haland sabiq dünya çempionunun hücumuna məruz qaldı

İngiltərə çempionu “Mançester Siti”nin norveçli hücumçusu Erlinq Haland meydanda gözlənilməz müdaxilə ilə üzləşib.

Arena.az bu barədə “The Sun” dərgisinə istinadən məlumat verir.

Yüngül çəkidə WBO versiyası üzrə britaniyalı sabiq dünya çempionu Terri Flanaqan İngiltərə Premyer Liqasının 3-cü turunun “Şeffild Yunayted” – “Mançester Siti” oyununda (1:2) meydana soxularaq arxadan Erlinq Halandın üzərinə atılıb.

Hadisə oyunun 63-cü dəqiqəsində Halandın hesabı açmasından sonra yaşanıb. Qoldan sonra bir kişi meydana soxularaq, norveçli futbolçunun yanına qaçıb və arxadan üzərinə atılıb. Daha sonra “qəsbkar”, futbolçunun yanağından öpüb. Tezliklə stüardlar təqsirkarı meydandan çıxarıblar. Daha sonra meydana soxulan azarkeşin “şəhərlilər”in köhnə azarkeşi Terri Flanaqan olduğu müəyyənləşib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: