Bu gün futbol üzrə İkinci Liqada 2023/2024 mövsümünün 1-ci turunun oyunlarına start verilib. Arena.az xəbər verir ki, ilk oyun günündə üç qarşılaşma baş tutub.
Mövsümə “Füzuli” – “Cəbrayıl” matçı ilə start verilib. Yeddi qolun qeydə alındığı bu qarşılaşmada Cəbrayılın eyniadlı təmsilçisi qələbə qazanan tərəf olub.
“Baku Sportinq” – “Şəfa” matçında da qapılara altı qol vurulub. Bu görüşdə isə meydan sahibləri qələbə qazanıblar.
İlk oyun gününün son görüşü “Ağdaş”la “Şahdağ Qusar” arasında baş tutub. Dörd qolluq oyunun yekununda qalib müəyyənləşməyib.
İkinci Liqa
1-ci tur
4 sentyabr
“Füzuli” – “Cəbrayıl” 3:4
Qollar: Süleyman Piriyev, 10. Cəsur Hüseynov, 14. Ceyhun Cavadov, 53 – Elşad Əliyev, 36. Elvin Nəsibov, 42; 48-pen; 70.
Hakimlər: Rəşad Əhmədov, Rahil Ramazanov, Şirmamed Mamedov, Mahmud Bağırzadə
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Erkin Hüseynov
“ASK Arena”, 13:00.
“Baku Sportinq” – “Şəfa” 4:2
Qollar: Ülvi Quliyev, 39; 45; 64-pen. Röyal Nəcəfov, 55 – Asim Quliyev, 30. İbrahim Yusifov, 90+3-pen.
Hakimlər: Nicat İsmayıllı, Müslüm Əliyev, Asiman Əzizli, Murad Səlimov
Hakim-inspektor: Orxan Məmmədov
AFFA nümayəndəsi: Yavər Rəhimov
Binə qəsəbə stadionu, 16:00.
“Ağdaş” – “Şahdağ Qusar” 2:2
Qollar: Xəzər Məmmədov, 4, 34 – Tural Qurbatov, 38; 51.
Hakimlər: Rövşən Rəcəbov, Kərim Zeynalov, Samir Qaracayev, Əkbər Əhmədov
Hakim-inspektor: Ceyhun Haşımov
AFFA nümayəndəsi: Anar Şıxəliyev
Ağdaş şəhər stadionu, 16:30.
5 sentyabr
“Sheki City” – “Dinamo”
Hakimlər: Səbuhi Bayramov, Elman Kərimov, Tərlan Talıbzadə, Elvin Bayramov
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: Zümrüd Ağayeva
Şəki şəhər stadionu, 16:30.
“Lerik” – “Qusar”
Hakimlər: Əli Əliyev, Eyyub İbrahimov, Cəmil Quliyev, Şamil İmanzadə
Hakim-inspektor: Gülağa Cabarov
AFFA nümayəndəsi: Asif Əliyev
Lənkəran OİK stadionu, 16:30.
“Şəmkir” – “Kür-Araz”
Hakimlər: İslam Məmmədov, Rəhman Aslanov, Aydın Bəxşiyev, Kamil Aydınov
Hakim-inspektor: Rəhim Həsənov
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
Şəmkir OİK stadionu, 16:30.
“Göygöl” – “Kürmük Qax”
Hakimlər: Rəvan Həmzəzadə, Taleh Məmmədov, Qəzənfər Məmmədov, Namiq Bəkirov
Hakim-inspektor: Feyzulla Feyzullayev
AFFA nümayəndəsi: Bəhram Qurbanov
Göygöl OİK stadionu, 16:30.


