İspaniya La Liqasında mübarizə aparan “Vilyarreal” komandasını bundan sonra Xose Roxo Martin (Paçeta ləqəbi ilə tanınır) çalışdıracaq.
Arena.az xəbər verir ki, bu barədə La Liqa təmsilçisi rəsmi saytı vasitəsilə məlumat yayıb.
O, bu postda bir neçə gün öncə istefaya göndərilmiş Kike Setyeni əvəz edib. 55 yaşlı ispan mütəxəssislə bu mövsümün sonuna (2024-cü ilin 30 iyununa) kimi müqavilə imzalanıb.
Paçeta son olaraq “Valyadolid”in baş məşqçisi kimi çalışıb. O, sözügedən klubdan bu ilin aprelində ayrılmışdı. “Vilyarreal”ın yeni çalışdırıcısı daha öncə “Hueska”, “Elçe”, “Ratçaburi”, “Korona”, “Kartaxena”, “Real Ovyedo” və “Numansiya”da da baş məşqçi kimi çalışıb.
Xatırladaq ki, “Vilyarreal” bu mövsüm La Liqada keçirdiyi 4 oyundan sonra 3 xalla 15-ci pillədə qərarlaşıb.


