İngiltərə çempionu “Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola əməliyyat olunduqdan sonra səhhəti barədə danışıb.
Arena.az bu barədə Qvardiolanın “Twitter” hesabına istinadən məlumat verir:
“Mən yaxşılaşıram. Həkim yaxşı iş görüb və düşünürəm ki, hər həftə addım-addım yaxşılaşacağam”, – Qvardiola yazıb.
“Mançester Siti”nin mətbuat xidməti avqustun sonunda 52 yaşlı ispan mütəxəssisin təcili əməliyyat üçün Barselonaya uçduğunu bildirmişdi. Xosep Qvardiola komandanın iki oyununu buraxıb. “Mançester Siti”ni bu oyunlara Qvardiolanın köməkçisi Xuan Manuel Lilyo çıxarıb. “Şəhərlilər” “Şeffild Yunayted” (2:1) və “Fulhem” (5:1) üzərində qələbə qazanıblar.
Hazırda “Mançester Siti” 4 turdan sonra mütləq nəticə – 12 xalla Premyer Liqanın turnir cədvəlində liderdir. Şənbə günü, sentyabrın 16-da “şəhərlilər” 5-ci tur çərçivəsində “Vest Hem”lə qarşılaşacaqlar.


