Erik Ten Haq: “Bizim günümüz deyildi”

“Mançester Yunayted”in holland baş məşqçisi Erik ten Haq komandasının “Brayton”a məğlubiyyətini (1:3) şərh edib.

Arena.az BBC-yə istinadən məlumat verir ki, Ten Haq İngiltərə Premyer Liqasının 5-ci turu çərçivəsində “Brayton”la ev oyununda (1:3) “qırmızı şeytanlar”ın məlubiyyətini təfərrüatla əlaqələndirib:

“Biz məyusuq. Oyunun nəticəsini xırdalıqlar həll etdi. Hazırlıqlı komanda ilə oyunda uğur qazanmağa yaxın idik. Rəqibin ilk hücumu qola çevrildi. Bundan sonra biz mübarizə apardıq, qol vura bildik, amma təəssüf ki, bunu ləğv etdilər. Oyun boyu bizim üçün asan olmadı. Bu, bizim günümüz deyildi.

Belə çətin anlarda belə, nikbin qalmalıyıq. Bizim vəzifəmiz – vahid olmaqdır. O halda oyuna qayıda bilərik. Belə bir oyundan çoxlu dərslər əxz etmək olar. Mən müsbət cəhətləri gördüm. Biz icraat üzərində işləməliyik”, deyə Erik Ten Haq ümidlə danışıb.

5 turdan sonra 2 oyunda qələbə qazanıb 3 oyunda məğlub olmuş “Mançester Yunayted” 6 xalla Premyer Liqanın turnir cədvəlində 13-cü sırada qərarlaşıb, top fərqi 6:10 nisbətindədir. “Qırmızı şeytanlar”ın ən yaxın izləyicisi “Çelsi” 5-ci turda qələbə qazanacağı halda, “Mançester Yunayted”i ötə bilər.

“Brayton” isə 5 oyundan 4 qələbə, 1 məğlubiyyətlə 4-cü pillədə qərarlaşıb. “Qağayılar”ın 12 xalı var, top fərqi isə 15:7 nisbətindədir. “Arsenal”ın 5-ci turda qələbə qazanacağı hada, “Brayton”u ötmək imkanı var.

Premyer Liqanın mütləq lideri lideri isə 5 oyundan 15 xal toplamış “Mançester Siti”dir.

Xatırladaq ki, 1989/1990 mövsümündə də “Mançester Yunayted” çempionata ilk beş oyunda üç məğlubiyyətlə başlamışdı. Həmin mövsümü “qırmızı şeytanlar” 13-cü sıra bitirmişdilər.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: