Avropa Liqasında qrup mərhələsinə start verildi

Bu gün futbol üzrə Avropa Liqasında 2023/2024 mövsümünün qrup mərhələsinə start verilib. Arena.az xəbər verir ki, turun bütün qarşılaşmaları eyni gündə baş tutub.

Azərbaycan çempionu “Qarabağ” da qrup mərhələsindəki ilk matçını bu gün keçirib. Ağdam təmsilçisi Bakıda Norveçin “Molde” komandasını qəbul edib və minimal hesabla qalib gəlib.

Təmsilçimizin yer aldığı H qrupunun digər oyununda “Bayer” (Almaniya) “Hakken”i (İsveç) sınağa çəkib. Bundesliqa təmsilçisi bu görüşdə 4 cavabsız qola sevinib.

Avropa Liqasında qrup mərhələsinin ilk turu çərçivəsində keçirilmiş oyunlarda qeydə alınan bütün nəticələr belədir:

Avropa Liqası
Qrup mərhələsi, 1-ci tur
21 sentyabr

A qrupu

“Olimpiakos” (Yunanıstan) – “Frayburq” (Almaniya) 2:3
Qollar: El Kaabi, 40; 75 – Sallai, 9. Qrifo, 45+7-pen. Filipp, 86.

“Vest Hem” (İngiltərə) – “Baçka Topola” (Serbiya) 3:1
Qollar: Petroviç, 66-pen. M.Kudus, 70. Souçek, 82 – Staniç, 48.

B qrupu

“Ayaks” (Niderland) – “Olimpik” (Marsel, Fransa) 3:3
Qollar: Forbs, 9. Berqeys, 20. Teylor, 52 – Klauss, 23. Obameyanq, 38; 78.

“Brayton” (İngiltərə) – AEK (Afina, Yunanıstan) 2:3
Qollar: J.Pedro, 30-pen; 67-pen – Sidibe, 11. Qaçinoviç, 40. Ponse, 84.

C qrupu

“Reyncers” (Şotlandiya) – “Betis” (İspaniya) 1:0
Qol: Sima, 68.

“Sparta” (Praqa, Çexiya) – “Aris” (Limasol, Kipr) 3:2
Qollar: Kreyçi, 20; 25. Vitik, 67 – Kokorin, 11-pen. Babiçka, 90.

D qrupu

“Atalanta” (İtaliya) – “Rakuv” (Polşa) 2:0
Qollar: De Ketelare, 49. Ederson, 66.

“Şturm” (Avstriya) – “Sportinq” (Portuqaliya) 1:2
Qollar: Bovinq, 58 – Qyokeres, 76. Diomande, 84.

E qrupu

LASK (Avstriya) – “Liverpul” (İngiltərə) 1:3
Qollar: Flekker, 14 – D.Nunes, 56-pen. L.Dias, 63. M.Salah, 88.

“Yunion” (Belçika) – “Tuluza” (Fransa) 1:1
Qollar: Amura, 69 – Dallinqa, 45+3-pen.

F qrupu

“Panatinaikos” (Yunanıstan) – “Vilyarreal” (İspaniya) 2:0
Qollar: İoannidis, 38. Şporar, 78.

“Renn” (Fransa) – Makkabi (Hayfa, İsrail) 3:0
Qollar: Blas, 1. Truffer, 31. B.Yıldırım, 55.

G qrupu

“Şerif” (Moldova) – “Roma” (İtaliya) 1:2
Qollar: Tovar, 57 – Kiki, 45+4-öz qapısına. Lukaku, 65.

“Servett” (İsveçrə) – “Slaviya” (Praqa, Çexiya) 0:2
Qollar: Masopust, 32. Oqbu, 59.

H qrupu

“Bayer” (Almaniya) – “Hakken” (İsveç) 4:0
Qollar: Virts, 10. Adli, 16. Bonifase, 66. Hofmann, 70.

“Qarabağ” (Azərbaycan) – Molde (Norveç) 1:0
Qol: L.Andrade, 56.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: