Futbol üzrə Yunanıstan millisinin və “Liverpul”un müdafiəçisi Konstantinos Tsimikas İngiltərə klubu ilə yeni müqaviləyə imza atıb.
Arena.az xəbər verir ki, bu barədə Premyer Liqa nəhənginin rəsmi saytı məlumat yayıb.
27 yaşlı oyunçu yeni sözləşməyə əsasən 2027-ci ilin yayına qədər İngiltərə klubunda qalacaq. Onun əvvəlki müqaviləsi iki ildən sonra bitəcəkdi.
Konstantinos Tsimikas 2020-ci ilin avqust ayında “Olimpiakos”dan 13 milyon avro müqabilində “Liverpul”a keçmişdi. Yunan futbolçu “Liverpul”da əsas heyətin üzvünə çevrilməyi bacarıb. O, bu komandada indiyə qədər 63 oyuna çıxıb, 12 məhsuldar ötürmə müəllifi olub.
Tsimikas daha öncə “Olimpiakos”dan başqa “Villem II” və “Esbyerq”də də forma geyinib. O, Yunanıstan milli komandasında da 29 oyuna çıxıb.


