Tibo Kurtua həmkarı Kepa Arrisabalaqa haqqında danışdı

“Real”ın zədəli belçikalı qapıçısı Tibo Kurtua əvəzləyicisi, “kral klubu”nun digər qapıçısı Kepa Arrisabalaqa haqda fikirlərini paylaşıb.

Arena.az bu barədə “Defensa Central” dərgisinə istinadən məlumat verir:

“Məncə, “Çelsi” bu heyrətamiz oğlana görə səhv edib. O, çox güclüdür, şübhəsiz. O, dəqiq, dünyanın ən yaxşı beşliyinə daxildir”, deyə Tibo Kurtua bildirib.

Xatırladaq ki, cari ilin avqust ayının əvvəlində zədələnərək, sol dizinin ön çarpaz bağının yırtığı diaqnozu qoyulmuş Kurtua üçün mövsüm elə, başlamamış da bitib. “Real” Kurtuanı əvəzləmək üçün tələsik surətdə qapıçı axtarışlarına baş vurub və diqqətini Kepanın üzərində saxlayaraq, ispan qapıçını mövsümün sonuna qədər “Çelsi”dən icarəyə götürüb.

Kepa Arrisabalaqa ötən mövsümdə “Çelsi”nin heyətində 39 oyun keçirib, 45 qol “yeyib”, 12 oyundan “quru” qurtulub. Cari mövsümdə Kepa “qaymaqlılar”ın heyətində 6 oyuna çıxıb, 5 qol buraxıb, 3 oyunda qapısının toxunulmazlığını təmin edib.

Kepa 2017-ci ilin noyabrında debüt etdiyi İspaniya yığmasının heyətində 13 oyunda 6 qol buraxıb, 8 oyundan “quru” çıxıb.

Vurğulayaq ki, Kepa “Real”ın onu icarəyə götürmək istədiyi ərəfədə “Bayern”ə keçmək imkanına malik olub. “Kral klubu”nun təklifini alınca, qapıçı seçimini doğma ölkəsinin xeyrinə edib.

“Transfermarkt” internet-portalı 28 yaşlı Kepa Arrisabalaqanı 18 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş: