“Roma”nın portuqal baş məşqçisi, özünəməxsusluğu ilə səciyyəvi olan Joze Mourinyo özünün qeyri-təvazökarlığı haqda danışıb.
Arena.az jurnalist Canluka Di Marsioya istinadən məlumat verir ki, portuqal mütəxəssis Avropanın yüksək səviyyəli klublarının məşqçisi kimi uğur qazanmasına kömək etmiş bəzi üsullar haqda danışıb:
“Məni həmişə qeyri-təvazökarlıqda ittiham edirlər. Bununla razılaşmağa məcburam. Mən çoxlu qəhrəmanlıqlara imza atmışam, amma “Portu” ilə UEFA Çempionlar Liqasını qazanmaq hətta superqəhrəmanlıqdır. O uğur mənim üzümə dünyanın bütün qapılarını açdı.
Heç bir sirr yoxdur: özünüz olmaq, həmkarlarınıza münasibətdə təəssübkeş olmaq gərəkdir. Təəssübkeş olmaq – ilk növbədə, tələbkar, açıq və dürüst olmaq deməkdir.
Futbolçu mənimlə işləyəndə dürüst olduğumu anlayır. Beləcə, əlaqələr əla olur və sən hər bir oyunçudan ən mütləqini alırsan. Düşünürəm ki, bu, sirr deyil”, deyə Mourinyo yanaşmasının mahiyyətini açıqlayıb.
Xatırladaq ki, “Mour” iki dəfə Çempionlar Liqasının qalibi olub: 2003/2004 mövsümündə “Portu”ya, 2009/2010 mövsümündə isə “İnter”i Avropa futbolunun ən nüfuzlu klub turnirinin mükatını qazandırıb. Futbol mütəxəssislərinin fikrincə, o, hər iki uğuru futbol dərsliklərinə düşəcək qədər nümunəvi məçqçilik fəaliyyəti ilə diqqət çəkib.
Joze Mourinyo “Roma”nı 2021-ci ilin iyulundan çalışdırır. Bu müddətdə “Mour” paytaxt klubunu tarazlamağa macal tapıb və komandanı yenidən qurararaq, ardıcıl iki dəfə avrokubokların finalına çıxarıb. Mourinyonun rəhbərliyi altında “Roma” 2021/2022 mövsümündə Avropa Konfrans Liqasının ilk mövsümünün qalibi olub. 2022/2023 mövsümündə isə Mourinyonun yetirmələri Avropa Liqasının finalında “Sevilya”ya oyunsonrası penaltilərlə məğlub olublar (1:1, 1:4).
Joze Mourinyonun “Roma” ilə müqaviləsi 2024-cü ilin iyun ayının sonuna qədər qüvvədədir.


