“Tottenhem” – “Liverpul”: VAR danışıqlarının məzmunu açıqlandı

İngiltərə Premyer Liqasının rəsmi saytı “Tottenhem” – “Liverpul” oyununda qol xətası ilə bağlı VAR danışıqlarının məzmununu yayımlayıb.

Arena.az xatırladır ki, “Liverpul”un yarımmüdafiəçisi Luis Diasın “Tottenhem”lə oyunda (1:2) vurduğu qol təmiz qol oyunun baş hakimi tərəfindən qeydə alınmayıb.

Vəziyyəti təhlil etməli olan VAR briqadası isə oyuna müdaxilə edə bilməyib. VAR briqadası və oyunun baş hakimi arasında anlaşılmazlıq Luis Diasın təmiz qolunun ləğv edilməsi ilə nəticələnib. Müvafiq hadisə oyundan sonra araşdırılıb və İngiltərə Hakimlər Təşkilatı, həmçinin İngiltərədə peşəkar oyunların hakimliyini təmin edən “Professional Game Match Officials Limited” (PGMOL) şirkəti hakim Hovard Uebin simasında “Liverpul”dan üzr istəyib.

Oyunun baş hakimi ilə VAR briqadası arasındakı danışıqların stenoqramını diqqətinizə çatdırırıq:

Təkrar operatoru: Məncə, belə bucaq daha yaxşı olar? Razısan?

VAR: Hə.

Təkrar operatoru: Buts boyunca xətt çəkim?

VAR: Buts boyunca xətt çək. Və… dayan. Doğrulama tamamlandı, doğrulama tamamlandı. Əla, mükəmməl.

Köməkçi hakim 1: Oynayırıq.

Baş hakim: Sağ ol, yoldaş.

VAR: Sağ ol, kişi.

Baş hakim: Əla işdir, uşaqlar, gözəl.

Təkrar operatoru: Dayan-dayan-dayan-dayan. Meydandakı qərar oyundankənar idi.

AVAR: Hə.

Təkrar operatoru: Sən razısan?

AVAR: Oyundankənar, qol, hə. Bu, səhvdir, Daz.

VAR: Nə?

Təkrar operatoru: Meydandakı qərar oyundankənar idi. Sən şəkildən razısan?

VAR: …

Təkrar operatoru: Hə, o, düzgün mövqedədir. Bizim ötürdüyümüz şəkildə o, düzgün mövqedədir.

VAR: Nəcis! Ox…

Təkrar operatoru: Fasilə, fasilə. Oli (PGMOL mərkəzindəki operator – redaktorun qeydi) oyunu dayandırmağı xahiş edir, Oli oyunu dayandırmağı xahiş edir.

VAR: Üzr istəyirəm?

Təkrar operatoru: Oli deyir ki, oyunu dayandırmağı xahiş etməliyik. Meydandakı qərar oyundankənar idi.

VAR: Mən heç nə edə bilmirəm.

Təkrar operatoru: Oli oyunu dayandırmağı xahiş edir, Oli oyunu dayandırmağı xahiş edir. Oyunu dayandırın.

VAR: Oyunu artıq bərpa ediblər. Mən heç nə edə bilmirəm.

Hakimlər arasında müzakirənin dərc edilmiş mətnindən göründüyü kimi, video köməkçi Darren İnqland, təkrarı izləyərkən meydandakı hakimlərin qolu təyin etdiklərini düşünüb. İnqland “Tottenhem”in oyunçusunun qapıya Luis Diasdan daha yaxın olduğuna əmin olduqdan sonra, meydanda olan hakimlərə doğrulamanın tamamlandığını çatdırıb. Beləliklə adi anlaşılmazlıq oyunun taleyini həll edib və “Liverpul”a mövsümdə ilk – ədalətsiz və acı məğlubiyyət yaşadıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: