Qvardiola Halanda ünvanlanan tənqidləri cavabladı

“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola komandasının norveçli qolçusu Erlinq Halandına ünvanına yönəlmiş tənqidləri cavablayıb.

Arena.az “Goal” dərgisinə istinadən Qvardiolanın bu xüsusda fikirlərini diqqətinizə çatdırır:

“Onun qol vura biləcəyi çoxlu məqamları var. Cərimə meydançasında beş müdafiəçiyə qarşı oynamaq daha çətindir, amma nəinki yalnız Haland üçün, dünyanın istənilən oyunçusu üçün.

Halandın əldə etdiyi məqamlara və vurduğu qollara nəzər salsanız, başa düşəcəksiniz ki, o, ötəndə mövsümdə olduğu ilə eyni səviyyədədir” deyə Qvardiola bildirib.

Haland “Mançester Siti”yə 2022-ci ilin iyulunda 60 milyon avro müqabilində Dortmund “Borussiya”sından keçib. Norveçi qolçunun “şəhərlilər”lə müqaviləsi 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Ötən mövsüm Erlinq Haland “Mançester Siti”nin heyətində bütün turnirlərdə 53 oyunda iştirak edib, 52 qol və 9 məhsuldar ötürmə ilə fərqlənib. Cari mövsümdə isə Haland “şəhərlilər”in heyətində 11 oyuna 8 qol vurub və 2 məhsuldar ötürmə verib.

Haland 2019-cu ilin sentyabrında debüt etdiyi Niorveç yığmasının heyətində 26 oyun keçirib, 25 qol vurub, 3 məhsuldar ötürmə verib.

“Transfermarkt” internet-portalı 23 yaşlı Erlinq Halandı 180 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: