“Barselona” gələn mövsümə maliyyə islahatı nəzərdə tutub

Kataloniya nəhəngi “Barselona” böyük maliyyə sıxıntısı yaşamaqda davam edir və klub bu fəsadı aradan qaldırmaq yollarını arayır.

Arena.az “Diario Sport” dərgisinə istinadən məlumat verir kataloniyalılar gələn mövsümə maliyyə islahatı nəzərdə tutublar.

Bu, növbəti ilin yayında komandanın istənilən oyunçusunu satışa çıxarıla bilməsi ilə nəticələnə bilər.

Son iki yay transfer pəncərəsi ərzində kataloniyalılar yeni gələnləri qeydiyyata saldırmaq üçün oyunçuları satmalı və ya icarəyə götürməli olublar. Amma klub maliyyə vəziyyətini xeyli yaxşılaşdırmaq üçün böyük satış həyata keçirməyi qarşısına məqsəd qoymuşdu. 2022-ci ilin yayında Frenki de Yonqu satmaq üçün cəhd uğursuzluğa düçar oldu, bu yay Ansu Fati satmaq mümkün olmadı.

Mənbənin məlumatına görə, 2024-cü ilin yayında “Barselona”nın idman direktoru Dekunun əsas komandanın demək olar ki, bütün oyunçuları üçün satış təkliflərini nəzərdən keçirməyə hazır olacağı vurğulanır. Deku komandanın rəqabət qabiliyyətini itirmək riskini minimuma endirmək məqsədilə, satışı məşqçilər qərargahı ilə razılaşdıraraq həyata keçirmək niyyətindədir.

Ən yaxşı seçim kimi, “Barselona” mövsümün sonunda meydanda daha az oyun vaxtı almış futbolçuların satışına üstünlük verməklə, qazanc əldə etmək niyyətindədir. Klub bu üsulla daxili resursları hesabına yaşadığı maliyyə böhranından qurtulmağa ümidlidir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: