“Barselona” oyunlarının televiziyada işıqlandırılmasından narazıdır

“Barselona” rəhbərliyi Kataloniya komandasının oyunlarının televiziyada yayımlanmasından narazılığını ifadə edib.

Arena.az bu barədə “Sport.es” dərgisinə istinadən məlumat verir.

Mənbənin məlumatına görə, Kataloniya klubu onlara qarşı hörmətsizlik edildiyini düşünür. Digər təfərrüatla yanaşı, xüsusən də komandanın baş məşqçisi Xavi haqqında bir neçə mənfi fikrin səsləndirilməsi klub rəhbərliyini narazı salıb.

“Barselona” rəhbərliyi televiziyanın verilişləri zamanı Xavinin tez-tez hakimlikdən şikayət etdiyi anı göstərməsini də qəbul etmədiyini vurğulayıb. Bildirilib ki, digər komandaların məşqçilərinin dilindən oxşar məqamlara dair şikayətlər demək olar ki, işıqlandırılmır.

Bununla əlaqədar, klub etiraz əlaməti olaraq oyunlarda fasilələr zamanı televiziya nümayəndələri ilə əlaqəni dayandıracağını bildirib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: