Vinisius Junior: “Real”da hamı Kilian Mbappe ilə oynamaq istəyir”

“Real”ın braziliyalı hücumçusu Vinisius Junior PSJ-nin fransalı futbolçusu Kilian Mbappe haqqında fikirlərini paylaşıb.

Arena.az “L’Equipe” nəşrinə istinadən Vinisiusun bu xüsusda fikirlərini diqqətinizə çatdırır:

“Burada hamı Kilian ilə oynamaq istəyir. Ümidvaram ki, bir gün bu baş verəcək, çünki o, bu gün dünyanın ən yaxşı futbolçularından biridir, bəlkə də ən yaxşısıdır. O, kosmik səviyyə nümayiş etdirir”, deyə “Vinni” bildirib.

Xatırladaq ki, cari ilin yay transfer pəncərəsi boyu mətbuat dəfələrlə Mbappenin “kral klubu”na keçə biləcəyi ilə bağlı xəbərlər yayırdı. Yay transfer pəncərəsinin bağlanması ilə isə Mbappenin “Real”a keçmədiyi aydın oldu. İndi fransalı hücumçu PSJ-nin heyətində çıxışını davam etdirir.

Bir müddət əvvəl isə mətbuat səhifələrində Vinisiusun adından yayılmış xəbərdə braziliyalı futbolçunun guya Mbappenin “Real”a gəlişinə qarşı olduğu haqda məlumat yayılmışdı. Guya “Vinni” Kilianın gəlişi ilə “Real”da mövqeyini və şöhrətini itirməkdən ehtiyatlanır. Vinisius Junior həmçinin bu xəbəri özünəməxsus şəkildə təkzib edib, yəni braziliyalı ulduz bu xəbəri sadəcə olaraq əhəmiyyətsizcəsinə cavablamayıb.

Mbappe PSJ-yə 2018-ci ilin iyulunda 180 milyon avro qarşılığında “Monako”dan keçib. Kilianın Fransa nəhəngi ilə cari müqaviləsi 2024-cü ilin iyun ayının sonuna qədər qüvvədədir. Cari mövsümdə ulduz hücumçu parislilərin heyətində 9 oyuna çıxıb, 8 qol vurub.

Mpappe hazırda kapitanı olduğu, 2017-ci ilin martında debüt etdiyi Fransa yığmasının heyətində 72 oyun keçirib, 42 qol vurub, 25 məhsuldar ötürmə verib. Kilian “xoruzlar”la 2018-ci ildə Rusiyada keçirilmiş dünya çempionatının qalibi olub.

“Transfermarkt” internet-portalına 24 yaşlı Kilian Mbappeni 180 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş: