“Tottenhem”in stadionu hücuma məruz qalıb

Cari beynəlxalq fasilə zamanı “Tottenhem”in ev oyunlarını keçirdiyi stadiona hücum həyata keçirilib və arenaya ciddi ziyan dəyib.

Arena.az bu barədə “Daily Mail”ə istinadən məlumat verir.

Mənbənin məlumatına görə, hadisə bazar ertəsi, oktyabrın 9-da baş verib.

Nəticədə hüquq-mühafizə orqanlarının əməkdaşları bir nəfəri saxlayıblar. Vurğulanır ki, dəymiş ziyan ən azı altı rəqəmli məbləğdə qiymətləndirilir. Hücumun İsrail-Fələstin münaqişəsi və “Tottenhem” rəhbərliyinin yəhudi icması ilə möhkəm əlaqələri ilə bağlı olmadığı vurğulanır.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: