Xosep Qvardiola “Qızıl topa” namizədinin adını açıqladı

“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola “Qızıl top”a əsas namizəd kimi kimləri gördüyü barədə fikirlərini paylaşıb.

Arena.az “Manchester Evening News” dərgisinə istinadən Qvardiolanın bu xüsusda fikirlərini diqqətinizə çatdırır:

“Mən həmişə demişəm ki, “Qızıl top”un iki versiyası olmalıdır: birincisi Messi üçün, ikincisi digərləri üçün. Mükafatı Haland almalıdır. Bu il “trebl” qazandıq, çünki o, mövsümdə 52 qol vurdu. Amma təbii ki, Messi haqqında danışsaq, o zaman Lionel üçün səmərə baxımından ən pis mövsüm bütün digər oyunçular üçün ən yaxşısı olacaq. Buna görə hər iki oyunçu qələbəyə layiqdir.
Eqoistliklə desəm, Halandın qalib gəlməsini istərdim, çünki o, ötən mövsüm əlimizdə olan hər şeyə nail olmağımıza kömək etdi. Erlinq qalib gəlsə, şad olardım, amma Messinin mükafatı almasının ədalətsizlik olduğunu deməyəcəyəm”, deyə Xosep Qvardiola bildirib.

Xatırladaq ki, “Qızıl top”un təqdimetmə mərasimi oktyabrın 30-da keçiriləcək. Bundan əvvəl “İnter Mayami”nin argentinalı superulduzu Lionel Messinin 2022/2023 mövsümü üçün “Qızıl top”un qalibi olması barədə məlumat sızmışdı.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: