“Sevilya”nın vitse-prezidenti Xose Mariya del Nido Karrasko “Real” rəhbərliyinə xahişlə müraciət edib və “Kral klubu”na çağırış ünvanlayıb.
Arena.az “Football España” dərgisinə istinadən məlumat verir ki, Karrasko “Real”dan ispan hakimlərin fəaliyyətlərini klub televiziyasında təhlil edərək onlara təzyiq etməməyi xahiş edib.
“İlk növbədə, biz “Real”dan “Real Madrid TV” vasitəsilə belə tədbirlər görməsinə qarşıyıq. Təbii ki, bütün insanlar kimi hakimlər də səhv edirlər. Bizim etməli olduğumuz, onlara kömək etməkdir. Bundan əlavə, “Real” kimi səviyyəli klub hakimlər qərargahına təzyiq göstərməməlidir.
Bu andan etibarən, “Real”dan xahiş edirəm ki, bu haqda düşünsün və turnirin xeyrinə olmayan bu qəbildən fəaliyyətini dayandırsın. Sizdən də xahiş etmək istərdim ki, hər hansı qərar qəbul edərkən, bizim də bir hissəsi olduğumuz La Liqanın böyüməsinə töhfə verməyə çalışanda həmişə digər klublardan öndə olmaqdan əl çəkəsiniz.
“Real” böyüklüyünə görə digər klublarla rəqabətin böyüməsinə rəhbərlik etməli və xüsusi olaraq La Liqa üçün düzgün qərar verildikdə həmişə onlarla mübahisə etməməlidir. Biz bu barədə kürsülərdə və La Liqanın iclaslarında danışmışıq. Ümid edirəm ki, onlar öz fikirlərini dəyişəcəklər və bizə qarşı deyil, bizimlə olacaqlar”, deyə Karrasko bildirib.


