“Mançester Siti” fanatları Bobbi Çarltonun ölümünü bayram ediblər

“Mançester Siti”nin bir neçə azarkeşi “Mançester Yunayted”in əfsanəsi Ser Bobbi Çarltonun ölümünü “Brayton”la oyunda (2:1) bayram edib.

Arena.az bu barədə “The Guardian” nəşrinə istinadən məlumat verir:

“Klubumuz bu təhqiramiz şüarları ən sərt şəkildə qınayır və Ser Bobbinin ailəsinə, dostlarına və “Mançester Yunayted”lə əlaqəsi olan hər kəsdən dərin üzr istəyir.

Mühafizə xidmətimiz hazırda videomüşahidə kameralarından görüntülərini öyrənir. Biz bu insanların şəxsiyyətini müəyyənləşdirməkdə bizə kömək edənlərə minnətdarıq. Müvafiq tədbirlər görmək və onların stadiona girişinə qadağa hazırlaya bilmək üçün əlaqədə olanları müəyyən etməyə kömək edəcək hər hansı məlumatı gözləməkdə davam edirik”, – “Mançester Siti”nin bəyanatında deyilir.

Ser Bobbi Çarlton İngiltərə tarixinin ən yaxşı futbolçularından biri hesab edilir. Çarlton İngiltərə yığması ilə 1966-cı il dünya çempionatının, 1968-ci ildə “Mançester Yunayted”lə Çempionlar Kubokunun qalibi olub. Həmçinin əfsanəvi ingilis futbolçu 1966-cı il mövsümü “Qızıl top” mükafatının qalibidir. Çarlton 1958-ci ildə “Mançester Yunayted” futbolçularının və məşqçi heyətinin ölümü ilə nəticələnmiş Münhen aviaqəzasından sağ çıxanlardan biri idi.

Xəbəri sosial şəbəkələrdə paylaş: