İngiltərənin “Tottenhem” komandasının baş məşqçisi Angelos Postekoqlu London klubunda çalışmasından doğan duyğularını paylaşıb.
Arena.az Postekoqlunun müvafiq xüsusda fikirlərini təqdim edir:
“Mən hər gündən həzz alıram və istəyirəm ki, oyunçular da hər gündən həzz alsınlar. Turnir cədvəlin başında durduğumuza görə yox, ona görə ki, biz arzunu yaşayırıq, yoldaşım.
Biz fantastik futbol klubunda oynayırıq, sevdiyimiz işlə məşğul oluruq və qalan hər şey isə – bizim üzərimizə qoyulmuş vəzifələrin icrasıdır. Mənim üçün önəmli olanı, azarkeşlərimizə sevinc, inam və ümid bəxş etməyimizdir. Futbol klubları bunun üçündürlər. Biz bu istiqamətdə işi davam etdirməliyik”, deyə Postekoqlu bildirib.
Angelos Postekoqlu “Tottenhem”ə italyan mütəxəssis Antonio Kontenin istefasından sonra gətirilib. “Ange” cari ilin iyul ayının 1-dən vəzifəsinin icrasına başlayıb. “Mahmızlar” yunanəsilli avstarliyalı mütəxəssislə müddəti 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqavilə imzalayıblar.
57 yaşlı Postekoqlu buna qədər 2021-ci ilin yayından çalışdırdığı “Seltik”də 2 dəfə Şotlandiya Premyer Liqasını və Liqa Kubokunu, həmçinin Şotlandiya Kubokunu qazanıb. Postekoqlunun Avstraliyanın U-17, U-20 və həmçinin əsas yığmasında böyük iş təcrübəsi var.
Hazırda “Tottenhem” 26 xalla Premyer Liqanın turnir cədvəlində vahid liderdir.


