“Mançester Yunayted” 93 il idi belə aqibətlə üzləşmirdi

İngiltərə nəhəngi “Mançester Yunayted” 1962/1963 mövsümündən bəri mövsümdə ən bərbad surətdə çıxışını rəsmiləşdirib.

Arena.az “OptaJoe” dərgisinə istinadən məlumat verir ki, İngiltərə Liqa Kubokunun 1/8 final mərhələsində “Old Trafford”da “Nyukasl”a 0:3 hesablı məğlubiyyətlə, “qırmızı şeytanlar” Erik ten Haqın rəhbərliyi altında mövsümün ilk 15 oyununda 8-ci məğlubiyyətini alıblar.

Bundan pis nəticə 1962/1963-cü il mövsümündə, “Mançester Yunayted”in mövsümün ilk 15 oyunundan 9-da uduzduğu zaman qeydə alınıb. Beləliklə, İngiltərə nəhəngi tarixi biabırçılığını təkrarlamağın bircə addımlığındadır.

Eyni zamanda Mançester təmsilçisi 1930-cu ildən bəri evdə, doğma meydanda mövsümə ən pis başlanğıc verib. “Qırmızı şeytanlar” mövsümün ilk 10 ev oyunundan 5-də məğlub olublar.

Vurğulayaq ki, “Mançester Yunayted” mübarizə apardığı bütün cəbhələrdə mövsümöncəsi gözləntilərin əksinə olaraq, uğursuzluğa düçür olub. İngiltərə nəhəngi Premyer Liqada 10 turdan sonra 15 xalla 8-ci pillədədir. “Qırmızı şeytanlar” Çempionlar Liqasında 3 turdan sonra 3 xalla qrupda 3-cü yerdə yerdə qərarlaşıblar. İngiltərə Kuboku uğrunda mübarizə isə hələ qarşıdadır.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: