UEFA “Barselona”nı 500 min avro məbləğində cərimələdi

UEFA 2022/2023 mövsümündə “Barselona”nın maliyyə feyr-pley qaydalarını pozduğuna görə Kataloniya nəhəngini cərimələmək qərarına gəlib.

Arena.az bu barədə İspaniya mətbuatına istinadən məlumat verir.

“Barselona”ya, gəlirləri haqda səhv hesabat verdiyinə görə, pul cəriməsi tətbiq edilib. UEFA-nın ixtisaslaşmış qurumu belə qənaətə gəlib ki, Kataloniya klubu qeyri-maddi aktivlərdən əldə etdiyi vəsaiti gəlir maddəsinə daxil edib.

Vurğulanır ki, “Barsa” əvvəllər bu cərimənin ləğvi üçün apellyasiya şikayəti verib, amma Klublara Maliyyə Nəzarəti Qurumunun Apellyasiya Palatası bu şikayəti rədd edib və cərimə ilə bağlı ilkin qərarı qüvvədə saxlayıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: