“Liverpul”un baş məşqçisi Yurgen Klopp Premyer Liqanın 11-ci turunda “qırmızılar”ın “Luton Taun”la səfər oyununu (1:1) şərh edib.
Arena.az BBC-yə istinadən Klopun müvafiq xüsusda fikirlərini təqdim edir:
“Luton Taun” onların münasibəti və müdafiədəki səmərəsinə görə tərifəlayiqdir, amma bu, daha çox bizə bağlı idi. Çox imkanlarımız oldu, amma daha çox olmalı idi.
Tamamilə toparlanmış qalmaq asan məsələ deyil. Oyuna əsaslanaraq, daha artığına layiq olduğumuzu düşünmürəm. Əldə etdiyimiz imkanlarla qalib gələ bilərdik, amma indi düşünürəm ki, biz yalnız bir xala layiq idik”, deyə Yurgen Klopp etiraf edib.
Xatırladaq ki, “Luton Taun” oyunun sonlarında, 80-ci dəqiqədə Tahit Çonqun vurduğu qolla üstünlük qazansa da, Luis Dias oyuna əlavə edilmiş 5-ci təzminat dəqiqəsində bərabərlik qolunu vuraraq, “qırmızılar”ı məğlubiyyətdən qurtarıb.
“Liverpul” 11 turdan 24 xalla turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb. “Luton Taun” isə 6 xalla 17-ci pillədədir. Premyer Liqanın 1-ci pilləsində 27 xalla “Mançester Siti” müvəqqəti mövqe tutub. 10 turdan 26 xal toplamış potensial lider “Tottenhem” hələlik 2-ci pillədədir və bu gün Angelos Postekoqlunun yetirmələri “Çelsi” ilə qarşılaşacaqlar.


