Azərbaycanlı futbolçular Türkiyə Kubokunda rəqiblərini tanıdılar

Bu gün futbol üzrə Türkiyə Kubokunda 2023/2024 mövsümünün 4-cü təsnifat mərhələsinin püşkatma mərasimi keçirilib.

Arena.az xəbər verir ki, Azərbaycan millisinin üzvlərinin çıxış etdiyi komandaların da növbəti rəqibləri bəlli olub.

Belə ki, Renat Dadaşovun formasını geyindiyi “Hatayspor” növbəti mərhələdə “Düzcəspor”la üz-üzə gələcək.

Coşqun Diniyevin şərəfini qoruduğu “Ümraniyəspor” isə “Çankaya” ilə qarşılaşacaq.

Həm Renatın, həm də Coşqunun komandası növbəti mərhələdəki oyunlarını doğma meydanda keçirəcəklər.

Millimizin digər üzvü Şahruddin Məhəmmədəliyevin komandası – “Adana Dəmirspor” mübarizəyə növbəti mərhələlərdən qoşulacaq. Bəxtiyar Həsənalızadənin heyətində yer aldığı “Tuzlaspor” isə əvvəlki mərhələdə “Çankaya”ya məğlub olub.

Xatırladaq ki, Türkiyə Kubokunda 4-cü mərhələnin oyunları 5-7 dekabr aralığında keçiriləcək.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: