“Real”ın hücumçuları Vinisius və Rodriqo Çempionlar Liqasında qolların sayına görə klubun ən məhsuldar braziliyalı futbolçuları olublar.
Arena.az xəbər verir ki, Vinisius və Rodriqo ÇL-in qrup mərhələsinin 4-cü turu çərçivəsində “Braqa” ilə oyunda (3:0) fərqlənrək, mötəbər turnirdə vurduqları qolların sayını 17-yə çatdırıblar.
Beləliklə, braziliyalı hücumçular həmyerliləri, “Real”ın əfsanəvi sol cinah müdafiəçisi Roberto Karlosun ÇL-dəki müvafiq nailiyyətini üstələyiblər.
Vinisius Junior “Real”a 2018-ci ilin iyulunda 45 milyon avro müqabilində “Flamenqo”dan keçib. Onun “Real”la müqaviləsi 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
Cari mövsümdə “Vinni” madridlilərin heyətində 12 oyuna çıxıb, 4 qol və 4 məhsuldar ötürmə ilə fərqlənib. Vinisiusun “Real”da ümümi statistikası isə belədir: 237 oyun, 63 qol, 68 assist.
“Vinni” madridlilərlə İspaniya La Liqasının (2019/2020, 2021/2022), İspaniya Kral Kubokunun (2022/2023), İspaniya Super Kubokunun (2019/2020, 2021/2022), Çempionlar Liqasının (2021/2022), UEFA Super Kubokunun (2022/2023), FIFA Klub Dünya Kubokunun (2019, 2023) qalibi olub.
Vinisius 2019-cu ilin sentyabrında debüt etdiyi Braziliya millisində 25 oyun keçirib, 3 qol vurub, 3 məhsuldar ötürmə verib. “Vinni” Braziliyanın U-15, U-17 komandaları ilə Cənubi Amerikan Çempionatının qalibi olub.
“Transfermarkt” internet-portalı 23 yaşlı Vinisius 150 milyon avro məbləğində qiymətləndirir.
Rodriqo “Santos”un yetirməsidir. Braziliyalı vinger “Real”a 2019-cu ilin iyulunda 45 milyon avro qarşılığında elə, “Santos”dan keçib. Tərəflər müqavilənin müddəti 2028-ci ilin iyun ayının sonuna qədər qüvvədədir. Braziliyalı ulduzun müqaviləsindəki təzminat məbləği 1 milyard avrodur.
Rodriqo “Real”da çıxış etdiyi müddətdə 181 oyuna çıxıb, 40 qol vurub, 34 məhsuldar ötürmə verib. Braziliyalı vinger cari mövsümdə 16 oyuna 3 qol, 2 məhsuldar ötürmə ilə fərqlənib.
Yarımmüdafiəçi “kral klubu” ilə İspaniya La Liqasının (2019/2020, 2021/2022), İspaniya Kral Kubokunun (2022/2023), İspaniya Super Kubokunun (2019/2020, 2021/2022), Çempionlar Liqasının (2021/2022), UEFA Super Kubokunun (2022/2023), FIFA Klub Dünya Kubokunun (2023) qalibi olub.
Rodriqo Qoes 2019-cu ilin noyabrında debüt etdiyi Braziliya millisində 18 oyuna 4 qol vurub, 1 məhsuldar ötürmə verib.
“Transfermarkt” inteernet-portalı 22 yaşlı Rodriqonu 100 milyon avro məbləğində qiymətləndirir.


