Yurgen Klopp “Liverpul”un “Tuluza”ya məğlubiyyətini izah etdi

“Liverpul”un baş məşqçisi Yurgen Klopp Avropa Liqasının qrup mərhələsinin 4-cü turunda “Tuluza”ya məğlubiyyətini (2:3) şərh edib.

Arena.az “beIN Sports” dərgisinə istinadən Klopun bu barədə fikirlərini təqdim edir:

“Məğlubiyyət ona görə layiqli idi ki, onlar demək olar ki, bütün həlledici mübarizələrdə qalib gəldilər. Topu qazanmalıydıq, amma alınmadı.

Üstəlik, topu ən azı iki dəfə rahatlıqla verdik – biri vuruldu, digəri sayıldı, ya yox, bilmirəm. Müdafiə nöqteyi-nəzərindən bu, sadəcə olaraq kifayət qədər yaxşı deyildi”, deyə alman mütəxəssis bildirib.

Klopp həmçinin “qırmızılar”ın müdafiəçisi Carell Kuansanın vurduğu qolun hesaba alınmaması haqda hakimin qərarına da münasibətini bildirib:

“Təkrarını gördüm. Məncə, bu, əllə oyun deyildi, amma qərar verən mən deyiləm. Top Makallisterin sinəsinə dəydi, amma əlin təmasını görmədim. Ola bilsin ki, hakimin baxışı fərqli olub. Bu, bizim qolumuzdan xeyli əvvəl idi. Hələ özüm görməmişəm, amma mənə məlumat verildi ki, başqa məqamda penalti hüququ qazana bilərdik. Məni daha çox narahat edən o deyil, daha yaxşı oynaya bilərdik. Futbol mənasında daha aqressiv”, – “Liverpul”un rəsmi saytı Klopdan sitat gətirir.

Həmçinin Yurgen Klopp oyunsonrası mətbuat konfransının keçirildiyi şəraitindən narazı qalıb. Vurğulayaq ki, mətbuat konfransı zamanı “Tuluza” azarkeşlərindən sevinc nidaları eşidilib. Bu barədə isə “L’Equipe” məlumat verir:

“Bəs bu mətbuat konfransını burada təşkil etmək fikri kimin kəlləsinə gəlib?”, deyə Kopp narazılığını açıq ifadə edib.

Məğlubiyyətinə rəğmən, “Liverpul” 9 xalla “E” qrupunda liderliyini qoruya bilib. “Tuluza” isə 7 xalla 2-ci pilləyə yüksəlib.

Xatırladaq ki, tərəflər arasında İngiltərədə keçirilmiş 3-cü tur oyununda “Liverpul” Fransa təmsilçisini 5:1 hesabı ilə darmadağın etmişdi.

Vurğulayaq ki, oyundan əvvəl verdiyi müsahibəsində Klopp “Tuluza”nın ev və yerli azarkeşlər amillərindən yararlanaraq, qələbəyə oynayacağını təxmin etmişdi. Göründüyü kimi, alman mütəxəssisin gümanı özünü doğruldub.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: