“Real” klubun tibb şöbəsinin rəhbərini istefaya göndərdi

“Real” komandada zədələrin çoxluğu və oxşar halın təkrarlanması səbəbindən klubun tibb şöbəsinin müdiri Niko Mixiçi vəzifəsindən azad edib.

Arena.az bu barədə “Marca” nəşrinə istinadən məlumat verir.

Arda Gülərin zədəsinin yenilənməsi ilə bağlı vəziyyət 2017-ci ildən komanda ilə işləyən xorvat həkimin vəzifəsindən azad edilməsinin əsas səbəblərindən biri olub.

Cari mövsümdə çoxlu sayda zədələrin olması və komandanın bir çox oyunçusunun, o cümlədən yaxın keçmişdə Kərim Benzema, David Alaba və Dani Sebalyos kimi futbolçularla tibb işçiləri arasında münaqişə yaradan təkrar zədə hallarının baş verməsi ilə oyunçuların əziyyət çəkməsi, bütövlükdə “kral klubu”nun rəhbərliyinin xoşuna gəlməyib. Mixiçi kimin əvəzləyəcəyi hələlik məlum deyil.

Xatırladaq ki, mövsümün əvvəlində “qaymaqlılar”ın əsas heyətinin iki futbolçusu dizin çarpaz bağlarından zədələnməsi ilə uzun müddətə yaşıl meydanlardan kənarda qalıb. Belçikalı qapıçı Tibo Kurtua üçün mövsüm elə, başlamamış bitib. Braziliyalı mərkəz müdafiəçisi Eder Militaonun isə qış fasiləsindən sonra bərpa ola biləcəyi haqda nəzəri ehtimal var. Bu yay “Fənərbaxça”dan transfer edilmiş Arda Gülər isə o vaxtdan bəri zədəsini tam sağaltmamış üçüncü dəfə sıradan çıxıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: