“Çelsi” Abramoviçin fırıldaqlarına görə cəzalana bilər

İngiltərə Premyer Liqası Roman Abramoviçin prezidentliyi zamanı klubun maliyyə fırıldaqlarına görə “Çelsi”yə xal cəriməsi tətbiq edə bilər.

Arena.az bu barədə “The Guardian” nəşrinə istinadən məlumat verir.

Mənbənin məlumatına görə, Abramoviçin on milyonlarla funt-sterlinq məbləğində gizli ödənişləri Premyer Liqada maliyyə feyr-pleyini pozmuş ola bilər. Ödənişlər on il ərzində rusiyalı iş adamının ofşor şirkətləri vasitəsilə həyata keçirilib. Pulu alanlar arasında Eden Hazardın agenti, Antonio Kontenin köməkçisi, Villianın və Samuel Eto’O-nun nümayəndələri var.

“Çelsi” artıq maliyyə sənədlərindəki uyğunsuzluqlara görə böyük məbləğdə cərimələnib. Bununla belə, Abramoviçin ödənişlərinin Premyer Liqanın maliyyə qaydalarını da pozduğu müəyyən edilsə, liqa bu kluba xal cəriməsi tətbiq edə bilər. Xalların miqadarı haqda məlumat verilmir. Hazırda London klubu ilə bağlı müvafiq araşdırmalar davam edir.

Premyer Liqanın 12 turundan sonra London təmsilçisi 16 xalla turnir cədvəlinin “ekvator”unda – 10-cu pillədə “lövbər salıb”. “Zadəganlar” lider “Mançester Siti”dən 12 xal geridədirlər, “şəhərlilər”in 28 xalı var. Həmçnin sonuncu, 20-ci pillədə “küllənən” “Börnli”dən bu komandanı 12 xal ayırır. “Bordolar”ın 4 xalı var.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: