Monteneqronun Budva şəhərində təşkil olunmuş şahmat üzrə komandalar arasında Avropa çempionatı davam edir.
Arena.az xəbər verir ki, mötəbər yarışda iştirak edən Azərbaycanın yığma komandaları bu gün növbəti görüşlərini keçiriblər.
Kişilərdən ibarət yığmamız 5-ci tur çərçivəsində Monteneqro millisi ilə qarşılaşıb və qalib gəlib. Qadınlardan ibarət millimiz isə bu dəfə Almaniya yığmasından güclü olub.
Azərbaycan – Monteneqro 3:1
Şəhriyar Məmmədyarov – Denis Kadriç 0,5:0,5
Rauf Məmmədov – Nikola Dyukiç 0,5:0,5
Nicat Abbasov – Nikita Petro 1:0
Vasif Durarbəyli – Luka Draskoviç 1:0
5 turdan sonra Azərbaycan millisi 6 xalla 15-ci pillədə qərarlaşıb. Millimiz əvvəlki turlarda Danimarka (1,5:2,5), Slovakiya (2,5:1,5), İsveç (3,5:0,5) və Xorvatiya (1,5:2,5) ilə qarşılaşıb.
Azərbaycan – Almaniya 2,5:1,5
Günay Məmmədzadə – Elizabet Pets 1:0
Ülviyyə Fətəliyeva – Dinara Vaqner 0,5:0,5
Gövhər Beydullayeva – Cozefina Haynemann 0,5:0,5
Gülnar Məmmədova – Anna-Mari Klek 0,5:0,5
5 turdan sonra eyni xala (9) malik Azərbaycan və Fransa yığmaları şərikli liderlik edirlər. Yığmamız əvvəlki turlarda Sloveniya (2,5:1,5), Niderland (2,5:1,5), Polşa (3:1) və Fransa (2:2) ilə qarşılaşıb.
9 turdan ibarət olacaq şahmat üzrə Avropa çempionatı noyabrın 21-də başa çatacaq.
Kişi şahmatçılardan ibarət Azərbaycan millisinin heyətində Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Nicat Abbasov, Rauf Məmmədov və Vasif Durarbəyli yer alıblar. Qədir Hüseynov qitə çempionatına kapitan qismində yollanıb.
Qadın şahmatçılardan ibarət milliyə isə Günay Məmmədzadə, Ülviyyə Fətəliyeva, Gövhər Beydullayeva, Xanım Balacayeva və Gülnar Məmmədova daxildirlər. Qadın yığmasının kapitanı Mixail Şereşevski ilə Yevgeni Tomaşevskidir.


