Karlo Ançelotti mövsümün sonunda “Real”dan ayrılacaq

“Real”ın baş məşqçisi, italyan mütəxəssis Karlo Ançelotti cari mövsümün sonunda Madrid klubunu tərk edəcək.

Arena.az məlumat verir ki, “Todofichajes” dərgisinin yaydığı müvafiq məlumat gündəmə çevrilib.

Mənbənin məlumatına görə, İspaniya nəhəngi Ançelottinin Braziliya millisi ilə işləməsinə razılıq verib. Məlumatın geniş əks-səda doğurmasına daha bir səbəb, Braziliya millisinin 2026-cı il dünya çempionatının CONMEBOL zonası üzrə seçmə mərhələsinin 5-ci turu çərçivəsində səfərdə Kolumbiya yığmasına məğlubiyyəti (1:2) olub. Hələ ötən ilin yayından italyan mütəxəssisin 2024-cü ilin yayından Braziliya millisini çalışdıracağı haqda iddialı xəbərlər dolaşır. Amma bu məlumat rəsmi təsdiqini tapmayıb.

Karlo Ançelotti “Real”ı 2021-ci ildən çalışdırır. İtalyan mütəxəssisin “Kral klubu” ilə müqaviləsi 2024-cü ilin iyun ayının sonuna qədər qüvvədədir.

Ançelotti “Real”a qayıdışından sonra da “qaymaqlılar”a uğurlar qazandıra bilib. Təcrübəli mütəxəssisin rəhbərliyi altında “Real” İspaniya La Liqasını (2021/2022), İspaniya Kral Kubokunu (2013/2014, 2022/2023), İspaniya Super Kubokunu (2021/2022), Çempionlar Liqasını (2013/2014, 2021/2022), UEFA Super Kubokunu (2014, 2022) və FIFA Klub Dünya Kubokunu (2014, 2022) qazanıb.

64 yaşlı Ançelottinin məşqçilik məktəbindən həmçinin “Everton”, “Napoli”, Bayern”, PSJ, “Çelsi”, “Milan”, “Yuventus”, “Parma” keçib. Vurğulayaq ki, İtalyan mütəxəssin təsis edib çalışdırdığı kollektivlər həmişə kamil oyunu və iddiaları ilə seçiliblər.

Xəbəri sosial şəbəkələrdə paylaş: