“Sabah” bu gün Avropa Kubokunda son oyununa çıxır

Azərbaycanın basketbol üzrə “Sabah” komandası FIBA Avropa Kubokunun müntəzəm mövsümündə (2023/2024) bu gün sonuncu oyununa çıxacaq.

Arena.az xəbər verir ki, D qrupunda yer almış Azərbaycan çempionu altıncı oyununda Çexiyanın “Nimburk” komandası ilə qarşılaşacaq. Bakı İdman Sarayında təşkil olunacaq 6-cı turun matçına saat 19:00-da start veriləcək.

Xatırladaq ki, Azərbaycan təmsilçisi “Nimbruk”a qarşı səfərdə keçirdiyi ilk oyunda 61:95 hesabıyla məğlub olmuşdu. Komandamız Türkiyənin “Baxçaşəhər” komandası ilə ev oyununda 65:83, səfər matçında 88:90 hesablı məğlubiyyətə üzülüb. Monteneqroda “Mornar”a qarşı keçirdiyi oyunda 75:80 hesabıyla uduzmuş Bakı klubu, bu rəqibinə Bakıda 81:74 hesabıyla qalib gəlib.

Hazırda Azərbaycan çempionunun hesabında cəmi 6 xal var və qrup sonuncusudur. “Nimbruk”la “Başakşəhər”in hesabında isə 9 xal var.

FIBA Avropa Kuboku
D qrupu, 6-cı tur
22 noyabr

19:00. “Sabah” – “Nimbruk”
Bakı İdman Sarayı.

Xal: Nimbruk – 9. Baxçaşəhər – 9. Mornar – 6. Sabah – 6.

Xəbəri sosial şəbəkələrdə paylaş: