Vüqar Həşimov Memorialının bütün iştirakçıları məlum oldu

Bu il Qəbələnin ev sahibliyi edəcəyi və sayca 9-cu olacaq Vüqar Həşimov Memorialının bütün iştirakçıları məlum olub.

Arena.az xəbər verir ki, bu gün yarışla bağlı keçirilən mətbuat konfransında turnirin direktoru Anar Allahverdiyev iştirakçıların adını açıqlayıb.

Anar Allahverdiyev yerli şahmatçılardan Teymur Rəcəbov, Şəhriyar Məmmədyarov, Nicat Abbasov, Rauf Məmmədov və Aydın Süleymanlının yarışa qatılacağını bildirib.

Eyni zamanda turnirdə Santoş Vidit (Hindistan), Rixard Rapport (Rumıniya), Yan-Kşiştof Duda (Polşa), Yorden van Forest (Niderland) və Boris Qelfand (İsrail) kimi əcnəbi şahmatçılar da iştirak edəcəklər.

Xatırladaq ki, yarış Vüqar Həşimov Şahmat Fondu, Gənclər və İdman Nazirliyi və Azərbaycan Şahmat Federasiyanın təşkilatçılığı ilə baş tutacaq. Turnir dekabrın 8-11-i aralığında Qəbələdə təşkil olunacaq.

Xəbəri sosial şəbəkələrdə paylaş: