“Napoli”nin prezidenti: “Ukrayna millisi qarət edildi”

“Napoli”nin prezidenti Aurelio De Laurentis AÇ-2024-ün seçmə mərhələsində Ukrayna – İtaliya oyunundakı (0:0) hakimlikdən danışıb.

Arena.az “Il Matino” dərgisinə istinadən De Laurentiisiin bu barədə fikirlərini təqdim edir:

“Heç kim komandanın o gecə İtaliyanın Ukraynanı qarət etdiyi kimi soyulduğunu görmək istəmir. Aydındır ki, orada penalti təyin edilməli idi”, deyə “Napoli”nin prezidenti bildirib.

Xatırladaq ki, oyunun əsas vaxtına əlavə edilmiş 3-cü təzminat dəqiqəsində (90+3) Ukrayna millisinin cinah oyunçusu Mixaylo Mudrik italiyanların cərimə meydançasında rəqib yarımmüdafiəçi Brayan Kristantenin kobud təmasından sonra yerə sərilib. Hakim vəziyyəti görməzdən gəlib. Oyun qolsuz başa çatıb.

Ukraya yığması ilə “quru” oyun (0:0) sayəsəində İtaliya yığması 2024-cü ildə Almaniyada keçiriləcək Avropa çempionatının final mərhələsinə vəsiqəsini təmin edə bilib. 8 turdan sonra italyanlar 14 xal toplayaraq, “C” qrupunda 2-ci olublar. Ukrayna yığması isə italyanlarla eyni miqadarda, 14 xal toplayaraq 3-cü pillədə qərarlaşıb və Millətlər Liqasının nəticələrinə görə, vəsiqə qazandığı pley-offda Avropa çempionatına vəsiqə uğrunda mübarizə aparacaq. İngiltərə yığması isə 20 xalla qrupu lider olaraq tamamlayıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: