Böyük Britaniyanın “Çelsi” klubunun satışından Ukraynaya köçürməyi planlaşdırdığı pul vəsaiti İsrailə ötürülə bilərmiş.
Arena.az “The Telegraph” nəşrinə istinadən məlumat verir ki, məhz bu istəkdə olan kəslər olub. Onların kimliyi, hüquqi mənbəyi ancaq təxmin edilə bilər.
Mənbənin sözlərinə görə, bu təklif İsraillə HƏMƏS arasında münaqişə başlayandan sonra müzakirə edilib. Vurğulanır ki, hazırda Böyük Britaniya yüksək səviyyəli təklifi rədd edib. Nazirlər bunun Rusiyada qınanmamaq üçün “Çelsi”nin keçmiş sahibi Roman Abramoviçin ideyası olduğuna inanırlar.
Həmçinin bildirilir ki, Abramoviç oktyabrın 7-dən sonra İsraildə humanitar məqsədlər üçün pulun mümkün istifadəsi ilə yanaşı, Türkiyədə fevral zəlzələsindən zərərçəkənlərə yardım seçimlərini də təklif edib.
Digər mənbələrə görə, Abramoviçin bu danışıqlardan xəbəri olmayıb və pul köçürməsinin müzakirəsinə İsrail rəhbərlik edib.
Xatırladaq ki, Roman Abramoviç keçən il “Çelsi” futbol klubunu 4,82 milyard avro müqabilində amerikan sahibkar Todd Bouliyə satmışdı. Daha doğrusu, bu, Britaniya hökumətinin təzyiqi altında gerçəkləşmişdi.


