Cari mövsümdə “Mançester Yunayted” buraxılmış qolların sayına görə daha bir bərbad statistik göstəricisinə imza atıb.
Arena.az bu barədə “OptaJoe” statistik dərgisinə istinadən məlumat verir.
Belə ki, İngiltərə nəhəngi cari mövsümdə keçirdiyi ilk 20 oyundan sonra bütün turnirlərdə 33 qol buraxıb.
Bu nəticə 1962/63 mövsümündən bəri ən “qırmızı şeytanlar”ın ən pis göstəricisidir.
Daha əvvəl “Mançester Yunayted”in UEFA Çempionlar Liqasının qrup mərhələsinin 5 turundan sonra buraxılmış qolların sayına görə İngiltərə klublarının antirekordunu yenilədiyi məlum olmuşdu (-14 qol).
Bütün bu haqq-hesab isə İngiltərə nəhənginin kağızına Türkiyənin qüruru “Qalatasaray” tərəfindən möhürlənib. Çempionlar Liqasının qrup mərhələsinin 5-ci turunda tərəflər arasında keçirilmiş oyun qollu bərabərliklə başa çatıb – 3:3.


